Zelenski Avropa İttifaqı liderlərinə belə təşəkkür etdi

Zelenski Avropa İttifaqı liderlərinə belə təşəkkür etdi backend

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə namizəd statusu verilməsi münasibətilə Avropa İttifaqı (Aİ) liderlərinə təşəkkür edib.

APA-nın xəbərinə görə, Zelenski “Twitter“ hesabındakı paylaşımında qərarın Ukrayna üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

“Aİ liderlərinin Aİ Şurasında Ukraynaya namizəd statusu vermək qərarını səmimi şəkildə təqdir edirəm. Bu, Ukrayna-Avropa İttifaqı əlaqələrində unikal və tarixi andır. Şarl Mişelə, Ursula fon der Lyayenə və Aİ liderlərinə dəstəyə görə minnətdaram. Ukraynanın gələcəyi Aİ daxilindədir”, - deyə Zelenski bildirib.

Diaspora