Bitlis vilayətində 6 PKK terrorçusu məhv edilib

Bitlis vilayətində 6 PKK terrorçusu məhv edilib backend

Türkiyənin cənub-şərqindəki Bitlis vilayətinin Hizan rayonu ərazisində PKK terrorçuları yerli jandarma komandanlığını binasına hücum edib.


APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, hadisə avqustun 27-nə keçən gecə, yerli vaxtla saat 01.00 radələrində baş verib. Əsgərlərlə terrorçular arasındakı döyüşdə 4 hərbçi yaralanıb, 6 terrorçu məhv edilib. Yaralı əsgərlər helikopterlə xəstəxanaya çatdırılıb. Qaçan terrorçuları təqib etmə üçün əməliyyat başlayıb.
Diaspora