ABŞ-ın 19 ildir axtardığı “Hizbullah“ liderlərindən biri yaxalandı

ABŞ-ın 19 ildir axtardığı “Hizbullah“ liderlərindən biri yaxalandı backend

Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanları ABŞ-ın 19 ildir axtardığı terrorçunu yaxaladıqlarını açıqlayıblar. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, onun Livanda ələ keçdiyi bildirilib.



Əhməd İbrahim əl-Müqxəssil 1996-cı ildə Səudiyyə Ərəbistanının Xobare şəhərində 19 amerikalı əsgərin ölümü ilə nəticələnmiş terror aktının təşkilində və həyata keçirilməsində təqsirləndirilir. Hadisə zamanı 372 nəfər də yaralanmışdı.

Terror aktı ABŞ hərbçilərinin yaşadığı binada törədilmişdi. Partlayışı həyata keçirəndən dərhal sonra əl-Müqxəssil və onun dəstəsindəki terrorçular ölkəni saxta pasportlardan istifadə etməklə tərk etmişdilər.

Əhməd İbrahim əl-Müqxəssilin "Hizbullah"ın silahlı qanadı olan qruplaşmaya rəhbərlik etdiyi bildirilir. Onun daha sonra İranda gizləndiyi iddia edilir.


Diaspora