Yəməndə silahlı insident baş verib. Hadisə zamanı 36 nəfər dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, Taiz şəhərində Husilərlə Xalq Müqavimət Hərəkatı fəalları arasında baş verən silahlı qarşudurma zamanı ölənlərdən 28-i Husi ordusunun, 8-i isə Müqavimət Hərəkatının üzvüdür.
Baş verən atışmalar zamanı 41 Husi hərbçisinin yaralandığı bildirildi. Müqavimət hərəkatının isə 23 üzvü xəstəxanalıq olub.
Türk mətbuatının xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının pilotsuz təyyarələrlə təşkil etdiyi hava hücumu zamanı Yəməndə Əl-Qaidənin 5 üzvü öldürülüb.
Bundan əvvəl də, Yəmənin cənub qərbində yerləşən Taiz şəhərinə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində 43 nəfər dünyasını dəyişmiş 50 nəfər xəsarət almışdı. Bu barədə məlumatı Husilərin əllərinə keçirdikləri SABA media şirkəti yaymışdı.
Mayın 17-si Yəməndə hökümət qüvvələri ilə Husilər arasında toqquşmalar baş vermiş, nəticədə 12 nəfərin ölmüş, onlarla insanın yaralanmışdı.
Yəməndə baş verən toqquşmalardan sonrakı vəziyyət