Tailand polisi Türkiyənin “Boz Qurdlar” ekstremist təşkilatını avqustun 17-də Banqkokda 20 nəfərin ölümü və 125 nəfərin yaralanmasına səbəb olan terror aktında şübhəli bilir.
Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən bu barədə “Bangkok Post” qəzeti xəbər yayıb.
Banqkokun mərkəzindəki partlayışa qədər 20 nəfər Türkiyə vətəndaşı 15 gün ərzində qrup şəklində Tailanda olub.
Qəzetin məlumatına görə, hazırda istintaqın bütün diqqəti bu qrupun üzərindədir. Onların arasında terror hücumunda təqsirli bilinənlər axtarılır.
İstintaq güman edir ki, Türkiyə vətəndaşları “Boz Qurdlar” ekstremist təşkilatının üzvləridir.