İraqda İŞİD-ə qarşı vuruşan "Haşid əl-Şaabi" şiə silahlı qruplaşması Ənbar vilayəti istiqamətində hücuma keçdiklərini açıqlayıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, qruplaşma İraq hökumət qoşunlarının dəstəyi ilə Rəmadi şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələrindən birini İŞİD-dən təmizləyib.
Şiə qruplaşmasının döyüşçüləri İŞİD terrorçularının xüsusi taktikasından danışıblar:"Onlar daha çox öz snayperlərinə güvənirlər. Terrorçular bundan əlavə minalanmış sahələrdə qarşı tərəfin döyüşçülərini tələyə salmağı da xoşlayırlar. Onlar tərk etdiyi yaşayış məntəqələrindəki binaların hamısını minalayırlar. Snayperlər isə həmin məntəqələri əsasən tərk etmirlər". SİTATIN SONU.
Bundan əlavə Kərkükün şimalında kürd peşmərgələri ilə İŞİD arasında qanlı döyüşlərin getdiyi də bildirilir. İŞİD həmin bölgədə itirdiyi əraziləri yenidən ələ keçirməyə cəhd edir. Döyüşlər paytaxt Bağdadın 175 kilometrliyində yerləşən Dakuk şəhərinin yaxınlığında gedir.