Boris Conson əməliyyat olunub

Boris Conson əməliyyat olunub backend

Böyük Britaniyanın Baş naziri Boris Conson iyunun 20-də burun nahiyəsindən cərrahiyyə əməliyyatı olunub.

Məlumatı “Daily Mail” yayıb.

Bildirilib ki, Baş nazir əməliyyatdan sonra istirahət edir.

Vurğulanıb ki, B.Conson səhər saat 6-da əvvəlcədən planlaşdırılan əməliyyata gedib və saat 10-da evə qayıdıb.

Məlumata görə, Böyük Britaniyanın hökumət başçısı burunətrafı ciblərin iltihabından, sinusitdən cərrahiyyə əməliyyatı olunub.

Qeyd olunub ki, B.Conson birinci dəfə 2020-ci ildə koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib. Onun mətbuat katibi indiki əməliyyatın COVID-19-la heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Hazırda Boris Consonu müavini və ədliyyə naziri Dominik Raab qismən əvəzləyir.

loading...
Diaspora