Ukraynada Azov alayının yeni komandiri məlum oldu

Ukraynada Azov alayının yeni komandiri məlum oldu backend

Bir neçə ay mühasirədə qalan Mariupolun müdafiəsini təmin edən Ukrayna Silahlı Qüvvələrinin əfsanəvi Azov alayının komandiri dəyişib.

Alayın hazırki komandiri Denis Prokopenko əsirlikdə olduğu müddətdə onun vəzifələrini əvvəllər alayın ikinci batalyonuna rəhbərlik etmiş Nikita Nadtoçi yerinə yetirəcək.

“Bir-İki” ləqəbli Nadtoçi  ümumilikdə 8 ildir ki, orduda xidmət edir və Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan sonra digər döyüşçülərlə birlikdə Mariupolun müdafiəsinə yollanıb.

Mənbə: telegraf.com.ua / Oxu.az

loading...
Diaspora