Çində beynəlxalq kitab sərgisi açılıb

Çində beynəlxalq kitab sərgisi açılıb backend

Çinin paytaxtında XII Pekin Beynəlxalq Kitab Sərgisi açılıb


AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Pekin Beynəlxalq Sərgi Mərkəzində təşkil olunan sərgidə 82 ölkədən 2 mindən çox kitab çapı üzrə ixtisaslaşmış mətbəə təşkilatları iştirak edib. Təşkil olunan möhtəşəm sərgidə Birləşmiş Ərəb Əmirliyi fəxri qonaq qismində çıxış edib.

Böyük stendlərdə nümayiş olunan kitablar bütün mövzuları əhatə edir. Xeyli sayda yerli və xarici turistlərin qatıldığı sərgi, həm də ölkələrin mövcud kitab yayım mədəniyyətini öyrənmək və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanlar yaradır.

Sərgisi avqustun 30-dək davam edəcək.

Qeyd edək ki, hər il ənənəvi şəkildə təşkil olunan sərginin ötən ilki fəxri qonağı Türkiyə olub.
Diaspora