ATƏT: Donbasda sentyabrın 1-dən atəşkəs rejimi qüvvəyə minir

ATƏT: Donbasda sentyabrın 1-dən atəşkəs rejimi qüvvəyə minir backend

Ukrayna üzrə üçtərəfli (Ukrayna-Rusiya-ATƏT) təmas qrupunun növbəti iclasında sentyabrın 1-dən Donbasda atəşkəs rejiminin elan edilməsi haqqında razılığa gəlinib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bildirib.

Onun sözlərinə görə, iclasda tərəflər təmas xəttində yeni dərs ilinin ilk həftəsində davamlı atəşkəsin təmin edilməsi və cəbhə boyu yerləşən təhsil müəssisələrinə dair məlumat mübadiləsi aparmaq qərarına gəliblər.

“Bununla bağlı tərəflər müvafiq məlumatları ATƏT-ə verməlidirlər”, deyə M.Saydik bildirib.

ATƏT sentyabrın 1-dən etibarən əldə olunan razılaşmanın yerinə yetirilməsinə nəzarət edəcək.
Diaspora