Almaniyada miqrantlarla görüşən Angela Merkel fitə basıldı

Almaniyada miqrantlarla görüşən Angela Merkel fitə basıldı backend

Almaniyanın baş kansleri Angela Merkel ötən həftənin bazar günü miqrantlara qarşı aksiyanın toqquşmalarla nəticələndiyi Haydenau şəhərinə səfər edib. APA TV-nin məlumatımna görə, baş kansler miqrantlar üçün düşərgədə olub.

Təxminən 600 miqrantın qaldığı düşərgənin önündə miqrasiya əleyhdarı olan bir qrup alman Angela Merkeli etirazla qarşılayıb. Onlar səriştəsizlikdə günahlandırdıqları baş kansleri "xain" adlandırıblar. Angela Merkel onu fitə basan qrupa əl eləməklə kifayətlənib.

Miqrantlarla təxminən 1,5 saatlıq görüşdən sonra jurnalistlərin qarşısına çıxan Angela Merkel ötən həftənin sonu Haydenauda yaşananları "utancverici və eybəcər" adlandırıb.

Baş kansler düşərgədən çıxarkən yenidən etirazlarla qarşılaşıb.

Xatırladaq ki, ötən həftənin şənbə və bazar günləri ifrat sağçı fəallar Haydenauda miqrant düşərgəsinə hücum edib. Qaçqınların qəbulu mərkəzinin açılmasına etiraz edən nümayişçilərlə polis əməkdaşları araşısnda toqquşma baş verib. Kütləvi iştişaşlar nəticəsində onlarla adam, o cümlədən, bir neçə polis əməkdaşı xəsarət alıb.

Diaspora