Fransa Ukraynaya daha altı özüyeriyən artilleriya qurğusu verəcək.
“RBC-Ukraina” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra bildirib.
"Artıq təhvil verilmiş 12 "Sezar"dan əlavə, daha altı belə qurğu təqdim etmək qərarına gəldim", - Makron deyib.