Rusiyanın Kostroma vilayətində hərbi düşərgədə baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5-ə çatıb APA-nın “Rosbalt”-a istinadən verdiyi məlumata görə, 24 yaşlı çavuş hərbi hospitalda dünyasını dəyişib.
Daha bir yaralanan əsgərin ağır vəziyyətdə reanimasiyada olduğu bildirilir.Dörd nəfəri qətlə yetirdikdən sonar intihar edən 18 yaşlı Pavel Baxtın Yoşkar-Ola şəhərində anadan olub, əvvəl Omsk vilayətindəki hərbi hissələrdən birində hərbi qulluqda olub.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.
***
Rusiyanın Kostroma vilayətində hərbi düşərgədə əsgərin hərbi qulluqçulara atəş açması nəticəsində 2 əsgər və 1 zabit ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Məlumata əsasən, hərbçilərə avtomatdan atəş açan əsgər sonra özünü güllələyib. Hadisə nəticəsində həmçinin iki hərbçi yaralanıb.
İlkin ehtimallara görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Hazırda Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası hərbi düşərgədə araşdırma aparır.