Beynəlxalq Dublin aeroportunda uçuşlar və enişlər avqustun 26-sı səhər saatlarında anqarların birinin damında baş verən yanğın səbəbi ilə dayandırılmışdı. AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə DAA operator-kompaniyasının press-relizində bildirilib.
Uçuşların bərpa olunması barədə məlumat isə hava limanının Twitter səhifəsində yerləşdirilib, eyni zamanda gün ərzində reyslərin gecikə biləcəyi ilə bağlı da xəbərdarlıq olunub.2015-ci ilin iyul ayında Dublin hava limanının sərnişin dövriyyəsi təxminən 2,7 milyon nəfər təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 17 faiz çoxdur. Bu ilin I yarısında hava limanı vasitəsi ilə səfər edən sərnişinlərin ümumi sayı 15,1 faiz artaraq 11,5 milyon nəfərə çatıb.