Təhlükəli qidalar ölüm yayır

Təhlükəli qidalar ölüm yayır backend

Dünyada hər il təxminən 2 milyon insanın, xüsusilə uşaqların ölümü təhlükəli qidalarla bağlıdır. AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, ərzaq məhsullarının tərkibində olan patogen bakteriya, virus, parazit və ya kimyəvi maddələr ishaldan tutmuş xərçəngə qədər 200-dən çox xəstəliyə səbəb olur.

Qida məhsulları üçün daim yeni təhlükələr var. Ərzaq məhsullarının istehsal texnologiyasında, bölüşdürülməsi və istehlakı, eləcə də ətraf mühitdə baş verən dəyişikliklər, mikroblara müqavimət və digər bu kimi amillər hər bir ölkənin milli qida təhlükəsizliyi sistemi üçün problemlər yaradır. Bununla yanaşı, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi təhlükəli məhsulların yayılması ehtimalını artırır.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, istifadə edilən qida məhsullarının təchizatı mənbələri getdikcə qloballaşdığından, bütün ölkələrdə ərzaq təhlükəsizliyi sistemlərini gücləndirmək lazımdır. Bu səbəbdən, Dünya Səhiyyə Təşkilatı qida təhlükəsizliyinin möhkəmləndirilməsinə, o cümlədən qida ilə ötürülən xəstəliklərin yayılmasının qarşısını almağa çalışır. Eyni zamanda, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da beynəlxalq informasiya şəbəkəsi vasitəsilə ərzaq təhlükəsizliyi sahəsində fövqəladə hadisələr haqqında bütün ölkələri xəbərdar edir.

Qida təhlükəsizliyi ortaq bir məsuliyyətdir. Ərzaq istehsalı zəncirində hamı təhlükəsizlik qaydalarını gözləməlidir. Bu qaydalara fermerlər və istehsalçılar, eləcə də satıcılar və istehlakçılar ciddi əməl etməlidirlər.

Diaspora