"Türk Hava Yolları" beynəlxalq adını dəyişir

"Türk Hava Yolları" beynəlxalq adını dəyişir backend

Türkiyənin "Türk Hava Yolları" milli aviaşirkəti beynəlxalq adının dəyişdirilməsi üçün ölkənin patent və ticarət markaları qurumuna müraciət edib.

Qaziler.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı bildirir.

Şirkətin yeni qərarına əsasən, aviadaşıyıcının beynəlxalq adı "Turkish Airlines" deyil, "Türkiye Havayolları" kimi istifadə olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti ölkənin beynəlxalq adının "Turkey"dən "Türkiye" olaraq dəyişdirildiyini bildirmişdi.

loading...
Diaspora