Makron Ukraynaya gedəcək

Makron Ukraynaya gedəcək backend

Fransa Prezidenti Emmanuel Makron bu həftə Ukraynaya səfər etməyi planlaşdırır.

“RBC-Ukraina” xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfirinin birinci müşaviri Bruno Kassanel deyib.

Kassanelin sözlərinə görə, səfər çərşənbə günü, iyunun 15-nə planlaşdırılıb. Makron Moldovaya səfərindən sonra Ukraynaya gedəcək.

Fransa dövlət başçısının Ukraynaya sonuncu səfəri bu il fevralın 8-də olub.

loading...
Diaspora