Özbəkistan ilə Qırğızıstan arasındakı sərhəddə iki dövləti birləşdirən tunel aşkarlanıb - VİDEO

Özbəkistan ilə Qırğızıstan arasındakı sərhəddə iki dövləti birləşdirən tunel aşkarlanıb -  VİDEO backend

Qırğızıstanın Oş vilayətinin Kara-Suu şəhərində Qırğızıstan-Özbəkistan sərhədinin hər iki tərəfində iki evi birləşdirən və qaçaqmalçılar tərəfindən istifadə edilən tunel aşkar edilib.

İstintaqın məlumatına görə, ev sahibi 2014-cü ildə Özbəkistan vətəndaşı ilə tanış olub. 2021-ci ilin sentyabrında onlar iki dövləti birləşdirən tunel qazaraq, oradan mal və valyuta daşıyıblar.

Saxlanılan şəxs günahını etiraf edib və istintaqla əməkdaşlığa hazır olduğunu bildirib.

Hazırda araşdırma aparılır.

Qeyd olunur ki, bu, bir ay ərzində Kara-Suu rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilən üçüncü yeraltı tuneldir.

Mənbə: EurAsia Daily

loading...
Diaspora