Türkiyənin Finladiya və İsveçin üzvlüyünə qarşı çıxması Stoltenberq üçün gözlənilməz olub

Türkiyənin Finladiya və İsveçin üzvlüyünə qarşı çıxması Stoltenberq üçün gözlənilməz olub backend

NATO-nun baş katibi Yens Stoltenberq aprel ayında Şimali Avropa ölkələrinə (Finladiya və İsveç) sürətli üzvlük prosesini vəd edərkən Türkiyənin Finlandiya və İsveçin hərbi ittifaqa qoşulmaq təkliflərini əngəlləyəcəyinə “inanmaq üçün heç bir əsası olmadığını” bildirib.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi "Financial Times"ə müsahibəsində deyib.

 

Stolteberq bildirib ki, Ankaranın terrorizm və silah satışı ilə bağlı “qanuni narahatlığını məqbul bir müddət ərzində” aradan qaldırmaq hələ də mümkündür.
“Əvvəllər gedişatda hər hansı problemin ola biləcəyini düşünmək üçün heç bir səbəbimiz yox idi. Türkiyənin qaldırdığı bu problemlər yeni olmayacaq. Türkiyə çox vacib müttəfiqdir və müttəfiqimiz təhlükəsizlik məsələlərini qaldıranda biz onları həll etməliyik”.
Finlandiya və İsveçə onların ratifikasiyasının tez müddətdə olacağını söyləsə də bunun baş tutmamasında sonra öz etibarının təhlükə altında olub-olmaması ilə bağlı suala cavabında Stoltenberq təkrar edib ki, “o vaxt bunun olacağına inanmaq üçün heç bir əsas yox idi".

"Məqsədim Finlandiya və İsveçin mümkün qədər tez üzv olmasıdır. Digər üzvlük prosesləri ilə müqayisədə bu, hələ də tez ola bilər”.
O, NATO-nun iyunun sonunda Madriddə keçiriləcək sammitinə qədər problemi həll etmək üçün son tarix olmadığını söyləyib,

“Türkiyənin terrorla bağlı narahatlığı haqlıdır. Çünki heç bir NATO müttəfiqi Türkiyə qədər terror hücumundan əziyyət çəkməyib. Biz Türkiyə ilə oturub ortaq bir yol tapacağıq”, - deyə Stoltenberq vurğulayıb.
O, həmçinin İsveçin Baş naziri Maqdalena Anderssonu “İsveçin terrorla mübarizə qanunlarına düzəlişlər etmək, Ankaraya silah satışının asanlaşdırılmasını təklif etməklə Türkiyənin narahatlığını həll etməyə hazır olduğuna” görə təqdir edib.

loading...
Diaspora