Zelenski Nemtsov mükafatına layiq görüldü

Zelenski Nemtsov mükafatına layiq görüldü backend

Bu il Boris Nemtsov mükafatının laureatı Ukrayna Prezidenti Volodimir Zelenski olub.

Modern.az xəbər verir ki, bu barədə Boris Nemtsovun “Azadlıq uğrunda” Fondu məlumat yayıb.

Nemtsov Fondu mükafatı müharibə şəraitində olan Ukrayna nümayəndələrinə təqdim etmək qərarına gəlib. Namizədlər arasında Kiyev meri Vitali Kliçko, “Okean Elzy” qrupunun rəhbəri Svyatoslav Vakarçuk, döyüş həkimləri-könüllülər birliyinin təsisçisi Yuliya Paevskaya (Taira), prezidentin müşaviri Aleksey Aretoviç və başqaları olub.

Fondun təsisçiləri və İdarə Heyətinin səsverməsinin nəticələrinə əsasən, Ukrayna Prezidenti qalib seçilib.

loading...
Diaspora