Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Çexiya vətəndaşı Donbasda həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
Nazir ölən döyüşçünün Trebiç şəhərindən olduğunu deyib.
Çexiya mətbuatının yaydığı məlumata görə, Ukrayna ordusunun sıralarında xidmət edən könüllü əsgər minaatandan açılan atəşlə həyatını itirib.
Qeyd edək ki, bir müddət əvvəl Çexiya Prezidenti Miloş Zeman 103 vətəndaşın Ukrayna Silahlı Qüvvələrində xidmət aparmasında icazə verib.