Fransa Prezidenti Emmanuel Makron gələn həftə Ukraynaya səfər etmək fikrində deyil.
Modern.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Məlumarda qeyd olunub ki, Fransa prezidentinin Ukraynaya mümkün səfərinin tarixi hələ müəyyən edilməyib.
Xatırladaq ki, bu gün "Le Figaro" nəşrində Makronun gələn həftə Kiyevə səfər edə biləcəyi barədə məlumat yayılmışdı.