Türkiyədə polis bölməsinə PKK hücumu olub, 2 polis yaralanıb. Türkiyənin Bingöl mərkəzində polis bölməsinə PKK terrorçuları hücum edib. Bölməyə raket və uzun lüləli silahla hücum nəticəsində 2 polis məmuru yaralanıb.
Alınan məlumata görə, Yeni şəhər Məhəlləsindəki silahlı basqın Polis Mərkəzində qeydə alınıb.Polis bölməsi qarşısında zirehli vasitənin partlaması nəticəsi yaralanan 2 polis məmuru Bingöl Dövlət Xəstəxanasına yerləşdirilib. Alınan məlumata görə, polislərin vəziyyəti yaxşıdır.
Polis bölməsindən başqa, yaxınlıqda bəzi ərazilərə də ziyan dəyib.
Bingöl vilayətinin polis rəisi Süleyman Pamuk yaralı polislərin vəziyyətini nəzarət altında saxlayır. O, hətta, Bingöl Dövlət Xəstəxanasına gələrək polisləri ziyarət edib. Xəstəxana çıxışında jurnalistlərin suallarını cavablayan Pamuk, yaralı polislərin həyati təhlükəsinin olmadığını söyləyib.
"Polis bölməsinə kiçik bir hücum olub. Çox əhəmiyyətli bir şey deyil. İki yoldaşımız
yüngül yaralanıb. Çox şükür yoldaşlarımızın həyati təhlükəsi yoxdur" - deyə polis rəisi əlavə edib.
Hücumdan sonra qaçan terrorçuların tutulması üçün əməliyyatlar davam edir.