Qocalar evində güclü yanğın- 8 ölü, 18 yaralı

Qocalar evində güclü yanğın- 8 ölü, 18 yaralı backend

Venesuellada qocalar evində güclü yanğın baş verib. “Qafqazinfo” xəbər verir ki, dəhşətli yanğın paytaxt Karakasın La Castellana bölgəsindəki 40 nəfərlik qocalar evində qeydə alınıb.

Hadisə zamanı 3 nəfər yanaraq, 5 nəfər isə zəhərlənərək ölüb. Tüstüdən zəhərlənən digər 18 nəfər isə xəstəxanaya yerləşdirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.
Diaspora