Əfqanıstanda NATO-nun iki hərbçisi öldürülüb

Əfqanıstanda NATO-nun iki hərbçisi öldürülüb backend

Avqustun 26-da Əfqanıstanda naməlum şəxslər tərəfindən NATO-nun iki hərbçisi öldürülüb.


AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Əfqanıstanın cənubunda yerli hərbçilərin geyimində olan şəxslərin iştirakı ilə baş verib.

Xatırladaq ki, yanvarın 1-dən etibarən NATO hərbi əməliyyatlarda iştirak etmədən Əfqanıstanın təhlükəsizlik qüvvələrinin hazırlanması və onlara kömək göstərməsini nəzərdə tutan "Qətiyyətli dəstək" kod adı altında yeni hərbi missiya həyata keçirir. Hazırda ölkə ərazisində alyansın ümumi sayı 13 min nəfərə çatan hərbi kontingenti yerləşir.

Diaspora