Rusiyanın Ukraynadakı itkiləri açıqlandı - 104-cü gün...

Rusiyanın Ukraynadakı itkiləri açıqlandı -  104-cü gün... backend

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31 360 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 390 ədəd tankı, 3 416 ədəd zirehli döyüş maşını, 694 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarəsi, 177 ədəd helikopteri, 2 405 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 553 ədəd dronu, 125 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib.

İnformasiyaya əsasən, son sutkada Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətlərindən Rusiya qoşunlarının 10 hücumunun qarşısını alaraq bir tankını, 3 artilleriya sistemini, 2 zirehli döyüş maşınını, bir avtomobilini və 2 sursat anbarını məhv edib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri qarşı tərəfin “Orlan” tipli 2 PUA-sını sıradan çıxarıb.

Baş Qərargah bildirib ki, qarşı tərəfin Donetsk vilayətində açdığı atəş nəticəsində 4 dinc sakin ölüb, 7-si yaralanıb.

Diaspora