Ukrayna hələ də Almaniyanın vəd etdiyi dəbilqələri görməyib

Ukrayna hələ də Almaniyanın vəd etdiyi dəbilqələri görməyib backend

“Ukrayna hələ də Almaniyanın vəd etdiyi 5 000 dəbilqəni görməyib”.

UNİAN xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Alman xalqı öz siyasətçiləri ilə məşğul olmalıdır. Biz əziyyətlə anlamağa çalışırıq (Almaniya Ukraynaya hansı silahları verib – red). Mən hələ də onların bizə tədarük etməli olduqları 5 000 dəbilqəni görmək istəyirəm", - o əlavə edib.

Arestoviç Almaniya hökumətinin Ukrayna ordusu üçün artıq dəqiq nə verdiyini də sadalayıb.

"Onlar qumbaraatanlar, tank əleyhinə silahlar, döyüş sursatları verdilər. Köhnə sovet texnikasının alınmasına pul verdilər", - Prezident Ofisi rəhbərinin müşaviri bildirib.

Diaspora