Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasında parlamentin nizamnamə-qanununda dəyişiklik etmək məsələsini müzakirə edirlər.
Qaziler.az Ordu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Qeyd olunub ki, dəyişikliyin həyata keçiriləcəyi halda 44 günlük müharibə ilə bağlı istintaq komissiyasına gəlmək komissiyaya dəvət olunanlar üçün məcburi olacaq.
“Komissiyada anlayırlar ki, dəvət olunmuş keçmiş rəsmilər komissiyaya gəlməsələr, komissiyanın əhəmiyyəti olmayacaq. İlk imtina bu yaxınlarda komissiyanın sədri Andranik Köçəryanın dəvət göndərdiyi keçmiş xarici işlər naziri Vardan Oskanyandan alınıb. Oskanyan müzakirəyə getməmək qərarına gəldiyini açıqlayıb. O bildirib ki, komissiyanın məqsədlərinin səmimi və dürüst olduğuna əmin deyil. Hakimiyyət çoxlarının rədd cavabı verəcəyindən narahatdır, ona görə də komissiyanın qarşısına çıxmağı qanunla məcbur etmək istəyir”, - deyə nəşr bildirib.