Tacikistanda “Facebook” sosial şəbəkəsinə və “YouTube” video hostinqinə giriş məhdudlaşdırılıb.
İKT.lent.az-ın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, ölkənin internet şəbəkəsini tənzimləyən Rabitə Xidməti bazar ertəsi Tacikistanın internet provayderlərinə “Facebook” və “YouTube”a girişə məhdudiyyət qoyulması ilə bağlı şifahi göstəriş verib. Bir gün sonra isə bütün internet provayderləri rəsmi göstəriş alıblar.Tacikistanın İnternet Provayderləri Assosiasiyasının rəhbəri Asomiddin Atoyev bildirib ki, hələlik saytlara girişin niyə dayandırıldığı məlum deyil.