Pekində keçiriləcək hərbi paradda iştirak edəcək yeganə qərbli siyasətçi Miloş Zeman olacaq

Pekində keçiriləcək hərbi paradda iştirak edəcək yeganə qərbli siyasətçi Miloş Zeman olacaq backend

Çexiya Prezidenti Miloş Zeman Pekində, Səmavi Sakitlik Meydanında keçiriləcək hərbi paradda iştirak etməyi qərara alıb. Sakit okean regionunda müharibənin başa çatması bayramı çərçivəsində təşkil ediləcək bu baxışda yeganə qərbli siyasətçi Zeman olacaq


Bu fakt Miloş Zemanın Çinə rəsmi səfərinin Prezidenti Administrasiyası tərəfindən elan edilmiş proqramından məlum olub. Çexiya Prezidenti və onun xanımı Çin Xalq Respublikasına sentyabrın 1-dən 6-dək səfər edəcəklər. Zeman Çinin Prezidenti Si Tszinpin ilə, habelə “CzechTrade”, “CzechInvest” və “CzechTourism” agentliklərinin Çindəki nümayəndələri ilə görüşməyi planlaşdırır.

Xatırladaq ki, Çexiya Prezidenti 2014-cü ilin payızında Çində səfərdə olub və oradan qayıdandan sonra bir sıra məsələlərə görə, o cümlədən bazar iqtisadiyyatı barədə söylədiyi fikirlərə görə tənqid hədəfinə çevrilib.
Diaspora