Britaniya kəşfiyyatına işgəncə izni verilə bilər

Britaniya kəşfiyyatına işgəncə izni verilə bilər backend

Böyük Britaniya parlamenti kəşfiyyat zabitlərini, nazirləri və hərbçiləri xarici ölkələrdə ağır cinayətlərdə iştirakla bağlı məsuliyyətdən qorumaq üçün hazırlanmış milli təhlükəsizlik qanun layihəsinə baxmağı planlaşdırır.

Qanun qüvvəyə minərsə hərbçilər, nazirlər və kəşfiyyatçılar qətllərə kömək etmək və ya işgəncədə istifadə üçün məlumatlar təqdim etmək məsuliyyətindən azad olunacaqlar.

Əsas odur ki, onlar öz fəaliyyətlərini rəhbərliklə əlaqələndirsinlər.

Qeyd edək ki, bəzi məmurlar və hüquqşünaslar belə bir qanunun krallığın maraqlarından çıxış edənlərin qeyri-insani hərəkətlərinə sərbəst bəraət qazandırmağa imkan verəcəyini düşünürlər.

Mənbə: life.ru / Oxu.az

loading...
Diaspora