Vatikan Ukraynaya həsr olunmuş gümüş sikkə buraxıb - FOTO

Vatikan Ukraynaya həsr olunmuş gümüş sikkə buraxıb -  FOTO backend

Vatikan Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxıb.

Bu barədə Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş özünün “Facebook” səhifəsində məlumat verib.

“Bu, sadəcə olaraq, simvol deyil, Ukraynaya dəstək üçün əsl jestdir: Rusiyanın Ukraynaya təcavüzünün 100-cü günündə Vatikanın Filateliya və Numizmatika İdarəsi Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə (23 qram) buraxıb”, - deyə o qeyd edib.

Yuraş əlavə edib ki, hər biri 50 avro dəyərində olan sikkənin satışından əldə edilən gəlir Ukraynaya kömək üçün istifadə olunacaq.

 

loading...
Diaspora