Bayden və həyat yoldaşı təcili olaraq təhlükəsiz yerə təxliyə edilib

Bayden və həyat yoldaşı təcili olaraq təhlükəsiz yerə təxliyə edilib backend

ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Bayden cütlüyün həftəsonunu keçirdiyi Delaver ştatının Rehobot Biç şəhərindəki evlərindən təxliyə edilib.

Ağ Ev sözçüsü bildirib ki, evakuasiya 5 iyun şənbə günü kiçik bir şəxsi təyyarənin məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ehtiyat tədbiri olaraq həyata keçirilib.

O, daha sonra əlavə edib ki, prezident və birinci xanım artıq öz iqamətgahlarına qayıdıblar.

Ağ Ev hadisədən təxminən bir saat sonra baş verənlərlə bağlı mətbuata məlumat verib.

ABŞ Məxfi Xidməti kiçik bir təyyarənin səhvən Baydenlərin çimərlik evinin yaxınlığında məhdudlaşdırılmış hava məkanına daxil olduğunu təsdiqləyib.

Mənbə: unian.net

loading...
Diaspora