Ukrayna mediası Rusiya ordusunun elit bölmələrindən olan desantçıların xüsusi qrupunun məhv edilməsi barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, saytlar uğurlu əməliyyatdan sonra döyüşün baş tutduğu ərazidən olan çəkilişi də təqdim ediblər.
Videoda partlayışın gücündən iki yerə parçalanmış piyada maşını ilə yanaşı ətrafa səpələnmiş hərbçilərin meyitləri də aşkar görünür. Uğurlu əməliyyatı hansı briqadanın reallaşdırdığı hələlik açıqlanmasa da, qeyd edilir ki, desantçılar pusquya salınaraq bir an içində məhv ediliblər. Onların qaçmasına macal verilməyib.