Ukrayna Milli Bankı (UMB) yanvardan bəri ilk dəfə olaraq qızıl-valyuta ehtiyatlarını artırıb. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, UMB qeyd olunan müddət ərzində 2 tonadək qızıl əldə edib.
Ukraynanın qızıl ehtiyatı iyulun sonuna olan məlumata əsasən 9,09 faiz və ya 2,18 ton (0,07 troy unsiyası) çoxalaraq 0, 84 troy unsiyasınadək çatıb.Pul ekvivalentində Ukraynanın qızıl ehtiyatı 5,77 mln dollar artaraq, 912,54 mln dollara çatıb.
Ümumilikdə, iyulun sonuna olan məlumata əsasən, Ukraynanın qızıl-valyuta ehtiyatları 1 faiz (112 mln dollar) artaraq 10,4 mlrd dollara çatıb.
Ukrayna 2016-cı ilədək 15-18 mlrd dollar ehtiyat toplamaq niyyətindədir.