Zelenskidən müharibənin 100-cü günü ilə bağlı VİDEOMÜRACİƏT

Zelenskidən müharibənin 100-cü günü ilə bağlı  VİDEOMÜRACİƏT backend

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 100-cü günü ilə əlaqədar videomüraciət edib.

Qaziler.az xəbər verir ki, video dövlət başçısının feysbuk səhifəsində dərc olunub.

Müraciət zamanı Prezidentin yanında Baş nazir Denis Şmıqal, Prezident Ofisinin rəhbəri Andriy Yermak, Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak və hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya yer alıb.

“Fraksiya rəhbəri burada, Prezident Ofisinin rəhbəri, Baş nazir burada, Podolyak burada, Prezident burada. Silahlı Qüvvələrimiz burada. Ən əsası - Ukrayna xalqı buradadır. Ukraynanı artıq 100 gündür müdafiə edirik! Qələbə bizimlədir! Yaşasın Ukrayna!”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, V.Zelenski bənzər müraciəti fevralın 25-də yaymışdı. Buna səbəb Rusiya mətbuatında onun ölkədən qaçmasına dair dezinformasiya yayılmışdı.

loading...
Diaspora