Fransanın şimal-şərqindəki Somma departamentində bu gün atışma baş verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “France info” məlumat yayıb.
Məlumata görə, insident nəticəsində 3 nəfər ölüb, 4 nəfər ağır yaralanıb. Ölənlərin kişi, qadın və bir uşaq olduğu, yaralılardan isə iki nəfərin jandarma əməkdaşı olduğunu bildirilir.Məlumata görə, atışma səyyah düşərgəsində baş verib.
“RİA Novosti”nin məlumatına görə, insident Bakı vaxtı ilə 19.30-da “Intermarche” supermarketinin qarşısında baş verib.
Qaraçıların yerləşdiyi ərazidə baş vermiş atışma zamanı ölənlərin qaraçı olduğu bildirilir. İnsident nəticəsində bir uşaq və iki jandarm yaralanıb. Dördüncü yaralının isə atışma törədən şəxs olduğu bildirilir.
Hadisənin təfərrüatları hələlik açıqlanmır.