Zaxarovadan “qara siyahı”ya düşməsinə REAKSİYA

Zaxarovadan “qara siyahı”ya düşməsinə  REAKSİYA backend

“Uzun müddətdir ABŞ-ın sanksiyalar siyahısında olduğuma əmin idim. İllərdir ki, vizalar normal şəkildə verilmir. Xarici hesablarım və buna bənzər bir şeyim yoxdur. Daşınmaz əmlakım da. “Tərəfdaşların" növbəti performansı...”

TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın sanksiyalar siyahısına salınmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya rəsmilərinə qarşı sanksiyalar siyahısını genişləndirib. Sanskiya tətbiq olunanlar arasında Rusiya XİN rəsmisi Mariya Zaxarova da var.

Modern.az 

Diaspora