Qarabağdakı sülhməramlılar Ukraynada əsir düşdü

Qarabağdakı sülhməramlılar Ukraynada əsir düşdü backend

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşən Rusiya sülhməramlılarına daxil olan 15-ci motoatıcı briqadanın (90600 saylı hərbi hissə, Samara şəhəri) iki snayperi Ukrayna ordusuna əsir düşüb.

Axar.az xəbər verir ki, bu haqda hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

Ekspertin sözlərinə görə, bu, ilk deyil:

“Bu ilin mart ayında eyni hərbi hissənin qumbaraatanı Artyom Aleksandroviç Qlavatski Ukrayna tərəfinə təslim olub. Təqdim olunan fotoda əsgər Artyomdur. Rusiya rəsmiləri isə Qarabağdan sülhməramlıların çıxarılmadığını iddia edirdilər”.

Diaspora