Kreml Kiyevin ABŞ-dan aldığı raket sistemləri ilə Rusiyaya hücum etməyəcəyinə inanmır

Kreml Kiyevin ABŞ-dan aldığı raket sistemləri ilə Rusiyaya hücum etməyəcəyinə inanmır backend

Moskva Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevin ABŞ-dan alınacaq reaktiv yaylım atəşi raket sistemlərinin Rusiya ərazisinə hücum etmək üçün istifadə etməyəcəyi barədə sözlərinə inanmır.

Apa-nın məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Güvənmək üçün həmin vədlərin yerinə yetirildiyi hallarla bağlı təcrübəyə malik olmaq lazımdır. Təəssüf ki, belə bir təcrübə ümumiyyətlə yoxdur", - Peskov vurğulayıb.

Kreml rəsmisinin sözlərinə görə, ABŞ tərəfindən yaylım atəşi raket sistemlərinin tədarükü Ukraynadakı yanğına yağ tökmək deməkdir: “Burada yeni heç nə yoxdur, biz hesab edirik ki, Birləşmiş Ştatlar məqsədyönlü və səylə odun üstünə yağ tökür. Birləşmiş Ştatlar açıq-aydın, həqiqətən də sonuncu ukraynalıya qədər Rusiya ilə savaşmaq xəttinə sadiqdir”.

Diaspora