Rusiya Ukrayna ilə sülh imzalamağa hazırdır - Matviyenko

Rusiya Ukrayna ilə sülh imzalamağa hazırdır - Matviyenko backend

"Rusiya Ukrayna ilə danışıqlara və sülhə gətirib çıxaracaq sazişlərin imzalanmasına açıqdır".

Bu sözləri Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Mozambik prezidenti Filipe Nyusi ilə görüşündə bildirib.

Matviyenko deyib ki, Kiyevdən bununla bağlı reaksiya yoxdur.

Spiker Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin zəruriliyi ilə bağlı Mozambik prezidentinin mövqeyi ilə tam razı olduğunu bildirib.

Onun fikrincə, bunun üçün tərəflərin iradəsi çox vacibdir.

APA

loading...
Diaspora