Daha bir ölkədə "meymun çiçəyi"nə ilk yoluxma halı təsdiqlənib

Daha bir ölkədə "meymun çiçəyi"nə ilk yoluxma halı təsdiqlənib backend

Norveçdə "meymun çiçəyi" xəstəliyinə ilk yoluxma halı təsdiqlənib.

Trend xəbər verir ki, bu barədə Norveçin İctimai Səhiyyə İnstitutundan bildiriblər.

"Bu gün Norveçin İctimai Səhiyyə İnstitutu Viken bölgəsində "meymun çiçəyi" xəstəliyinə yoluxma halının təsdiqlənməsi barədə məlumatlandırılıb", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, xəstələnən şəxs yaxın zamanda xarici ölkədən qayıdıb. Səhiyyə xidməti xəstənin təmasda olduqlarını müəyyən edib, xəstəliyin yayılma riski olduqca aşağıdır.

loading...
Diaspora