Drona barmaq göstərən hərbçini belə vurdular - VİDEO

Drona barmaq göstərən hərbçini belə vurdular -  VİDEO backend

Ukraynada ağır və faciəli döyüşlər davam edən bir vaxtda rusiyalı hərbçilər yumor hisslərini də büruzə verirlər.

AzVision.az xəbər verir ki, xarici KİV ukraynalıların havaya qaldırdıqları drona poz verən bir rus əsgərin görüntülərinə diqqət çəkib.

Qeyd edilir ki, əsgər ərazini cəhənnəmə çevirən dronu görərək onu qeyri-ciddiyə alır. Bir neçə dəqiqə sonra isə drondan atılan əl qumbaraları və mərmilər hərbçinin ona barmaqla söyüş işarəsi göstərməsinə peşman edir.

"Kiçik kvadrakopterdən çəkilən görüntülərdə rus əsgərlərinin bir ferma ərazisində dayandığı görünür. Onların yanında hərbi maşın da var. Dron həmin mövqeyə yaxınlaşır, bu zaman əsgərlərdən biri əlini qaldırıb Qərb üsulunda məşhur bir söyüşə işarə edərək barmağını ona göstərir. Yəni, hərbçi dronu gördüyünü nümayiş etdirir. Videonun ardında ərazinin partladıldığı görünür", - saytlar yazıb.

The Sun nəşri də ərazini cəhənnəmə döndərən drona barmaq göstərən hərbçinin qısa zamanda məhv edildiyini yazıb.

Diaspora