Fransanın Somma departamentinin Rua şəhəri yaxınlığında qaraçı düşərgəsində baş vermiş atışma zamanı ölənlərin sayı bir asayiş keşikçisi daxil olmaqla 4-də çatıb.
“Düşərgənin ərazisinə silahlı şəxs daxil olub. O soyuqqanlılıqla altıaylıq uşağı, daha sonra bir qadını və bir kişini qətlə yetirib, həmçinin, bir uşaq daxil olmaqla, bir neçə nəfəri yaralayıb”, deyə Fransa DİN rəhbəri Bernar Kaznev bildirib. Uşağın reanimasiyaya yerləşdirildiyi bildirilir.Bundan başqa, cinayətkar hadisə yerinə gəlmiş jandarmlara da atəş açıb. Onlardan biri aldığı güllə yaralarından hadisə yerində keçinib. Buna baxmayaraq cinayətkarı saxlamaq mümkün olub. Polis əməkdaşları onu cəzalandırmağa çalışan qəzəblənmiş izdihamdan çətinliklə qoruya bilib. Məlumata görə, atəş açan şəxs sərxoş olub.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.