"Bu dörd dövlət Rusiya tərəfinə keçib" - Rusiyalı politoloq

 "Bu dörd dövlət Rusiya tərəfinə keçib" -  Rusiyalı politoloq backend

NATO və Avropa İttifaqının(Aİ) dörd ölkəsi Ukraynaya yardım göstərmək niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bu fikirləri ABŞ-da yaşayan rusiyalı politoloq Andrey Piontkovski bildirib.

 

Onun sözlərinə görə, Ukraynanın tərəfdarları və əleyhdarları artıq başa düşürlər ki, dönüş nöqtəsi çatıb, dünyanın taleyi həll olunur:

 

"Ona görə də onlar tamamilə yeni beynəlxalq strukturdan çıxış edirlər.

 

Dörd NATO ölkəsi - İtaliya, Fransa, Almaniya və Macarıstan Putinin tərəfində oynayırlar. Onlar Rusiya tərəfinə keçiblər. Həmçinin Avropa İtitfaqı və NATO-nun Ukraynaya dəstək fəaliyyətini iflic etməyə çalışırlar", - Piontkovski sensasion iddia ilə çıxış edib.

Diaspora