Türkiyə İŞİD-lə döyüşən koalisiyaya qoşulur

Türkiyə İŞİD-lə döyüşən koalisiyaya qoşulur backend

Vaşinqton və Ankara Türkiyənin İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarında iştirakının texniki detallarını razılaşdırıblar. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuku bildirib. Onun sözlərinə görə, Türkiyə yaxın zamanda koalisiyanın terrorçulara qarşı apardığı hava əməliyyatlarına qoşulacaq.

“Türkiyənin koalisiyaya tam qatılması üçün texniki detalların razılaşdırılması başa çatıb”, deyə Kuk qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ və Türkiyənin İŞİD-ə qarşı birgə addımların atılmasına dair aparılan danışıqlarda növbəti mərhələnin çatdığını bildirib.

Qeyd edək ki, Mövlud Çavuşoğlu ötən gün “Röyters”ə müsahibəsində Türkiyə və ABŞ-ın İŞİD-in Suriyadakı mövqelərinə qarşı kompleks hava əməliyyatı keçirməyə hazırlaşdıqlarını bildirib.

Zərbələrin Suriyanın Türkiyə ilə həmsərhəd şimal bölgələrinə endirmək planlaşdırılır.
Diaspora