"Rusiyalılar öz generallarını öldürməyə hazırdır..."- Ukrayna Təhlükəsizlik Xidməti

"Rusiyalılar öz generallarını öldürməyə hazırdır..."-  Ukrayna Təhlükəsizlik Xidməti backend

"Müqavilə ilə hərbi xidmət keçənlər Donbasda döyüşməkdən imtina edir"

Ələ keçirilən telefon danışığında rusiyalı hərbçi həmsöhbətinə deyib ki, Rusiya Federasiyasının Donetsk vilayətində müqavilə ilə qulluq edən hərbi qulluqçular üsyanı yatırmağa və əsgərləri döyüşməyə məcbur etməyə gələn general Valeri Solodçuku və onun mühafizəsini az qala güllə- baran edəcəkdilər.

Yeri gəlmişkən, döyüşçülər əmri icra etməkdən imtina edib, ona görə də Solodçuk ön cəbhəyə qaçıb.

Moderator.az xəbər verir ki, telefon danışığının lent yazısını Ukrayna Təhlükəsizlik Xidməti açıqlayıb.

"Komandan gecə gəlib. Ona müqavilə müddətlərinin nə zaman bitəcəyi barədə suallar verilib. Məndən soruşub: "Müqavilə müddətinin bitməsinə nə qədər qalıb" - "Nə deyim, iyirmi günlük qəpik- quruş almaq qalır".

O, deyib: "Al, bu da sənə iyirmi günlük məvacib, burada tələf olmağın üçün". Sonra hamı imtina edib", - rusiyalı deyib və komandanın soyadının Solodçuk olduğunu açıqlayıb.

Görünür, söhbət rusiyalı qoşun başçısı, 36- cı ümumqoşun ordusunun komandanı, general- leytenant Valeri Nikolayeviç Solodçukdan gedir.

2022- ci ilin fevral- aprel aylarında Solodçuk Kiyevin qərb tərəfdən zəbt edilməsi əməliyyatına rəhbərlik edib. Ona tabe olan hərbi birləşmələrinin hərbi qulluqçuları Kiyev vilayətinin dinc əhalisinə qarşı hərbi cinayətlərdə günahkar kimi tanınıb.

"Bizim batareya praktiki olaraq imtina edib. O, silahın qundağıyla hədə- qorxu gəlib, havaya atəş açıb: "Mən sizi oraya getməsəniz cəhənnəmə göndərəcəyəm!"

Bu zaman cavan hərçilərdən biri irəli keçərək: "Nə durmusan, vur məni!" Sonra qumbaranı çıxarıb deyib: "Dayanma, atəş aç, hamımız burada məhv olacağıq".

Orada xüsusi təyinatlılar da bizə silahla hədə- qorxu gəlib, biz də cavabını vermişik.

Bir sözlə, az qala hamını öldürüb cəhənnəmə vasil edəcəkdik. O da öz maşınına əyləşərək rədd olub gedib", - rusiyalı əsgər danışıb.

Söhbət zamanı o, şikayətlənib ki, onların tabor taktiki qrupunda əvvəlcə 600 döyüşçü olub, onlardan cəmim 215 nəfəri sağ qalıb, yerdə qalanlar yaralı və öldürülənlərdir.

Əvvəllər səfərbər olunan üzdəniraq "DXR"  sakinləri qəti şəkildə "yad LXR respublikası" uğrunda döyüşməkdən imtina edib və Denis Puşilinlə prokurorluq nümayəndələri ilə görüş tələb edərək hərbi rəhbərliyin çoxsaylı pozuntuları barədə məruzə etmək istəyib.

Diaspora