Avqustun 26-da Yaponiyanın cənubunda yerləşən Kyuşü adasının sahillərində 5,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Miyazaki şəhərindən 38 kilometr məsafədə, ocağı isə Sakit okeanın 44 kilometr dərinliyində yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.