Aİ-nin Rusiyaya zərər verə biləcək vasitələri tükənib - Bloomberg

Aİ-nin Rusiyaya zərər verə biləcək vasitələri tükənib -  Bloomberg backend

Avropa İttifaqında onun tətbiq etdiyi sanksiyaların Rusiyaya vura biləcəkləri zərərin məqsədinə çatmasından məyusluq yaranır.

Qaziler.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Con Folleyn və Alberto Nardelli tərəfindən “Bloomberg” üçün yazılan məqalədə deyilir. Müəlliflər Aİ-nin növbəti sanksiyalar paketi çərçivəsində Rusiya neftinin tədarükünə embarqo qoymağı planlaşdırdığını xatırladıblar. Lakin Yunanıstan Rusiya neftinin Aİ-yə üzv ölkələrin tankerləri ilə üçüncü ölkələrə daşınmasına qadağa qoyulmasına icazə verməyib, Macarıstan isə embarqonun əleyhinədir.

Bundan əlavə, Con Folleyn və Alberto Nardelli qeyd ediblər ki, bir çox ölkələr Rusiya qazı üçün rublla ödənişlərə keçməyə razılaşıblar: “Bəzi liderlər indi əsas boru kəməri vasitəsilə Macarıstana və digər ölkələrə tədarükün davam etdirilməsinə imkan verəcək qeyri-müəyyən razılaşmaya meyllidirlər”, - nəşr yazır.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin keçmiş müşaviri Natali Toççi də Aİ-nin neft embarqosu tətbiq edə bilməyəcəyindən və ittifaq daxilində birliyin dağılmağa başlayacağından ehtiyat etdiyini bildirib: “Avropa cəmiyyətləri sanksiyaların əzabına dözmək istəmir və bu, onların tətbiqi sürətini ləngidir”, o əlavə edib.
 

Diaspora