Ukraynanın “Tisa” sərhəd-keçid məntəqəsində saxta sənədlərlə Avropa İttifaqı ərazisinə keçməyə cəhd edən 7 Ermənistan vətəndaşı saxlanılıb.
Onlardan 3-ü uşaqdır.
APA-nın “censor.net.ua” saytına istinadən verdiyi xəbərə görə, sənədlərin yoxlanılması zamanı sərhəd xidmətinin müfəttişi Ukraynada daimi yaşayış üçün verilmiş sənədin və Ukrayna Dövlət Sərhəd Xidmətinin möhür-ştampının saxta olduğunu müəyyənləşdirib. Məsuliyyətdən qaçmaq üçün Ermənistan vətəndaşlarından biri sərhəd xidmətinin sədr müavininə 500 avro məbləğində rüşvət təklif edib.
Ermənilərə fəaliyyətlərindəki cinayət tərkibi izah edilib. Vəziyyətin aydınlaşdırılması üçün onlar Daxili İşlər Nazirliyinin Ujqorod bölməsinin əməkdaşlarına təhvil veriliblər.